...

İran Azərbaycanın ən böyük qaz layihəsində payını artırmaq istəyir (ÖZƏL)

Energetika Materials 20 Avqust 2015 22:15 (UTC +04:00)
İran Azərbaycanın ən böyük qaz layihəsi olan “Şahdəniz”də payını artırmaq niyyətindədir.
İran Azərbaycanın ən böyük qaz layihəsində payını artırmaq istəyir (ÖZƏL)

İran,Tehran, 20 avqust /Trend, müxbir Təmkin Cəfərov/

İran Azərbaycanın ən böyük qaz layihəsi olan "Şahdəniz"də payını artırmaq niyyətindədir.

Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır: "İranın "NICO" şirkətinin "Şahdəniz" layihəsində iştirak payı var. Bu payı artırmaq üçün danışıqlar aparılıb".

Qeyd edək ki, "NICO" şirkəti "Şahdəniz" layihəsində 10 faizlik paya sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti