...

Azərbaycanın bir sıra rayonları qazsız qalacaq

Energetika Materials 28 Avqust 2015 17:23 (UTC +04:00)
Avqustun 31-dən etibarən, iki gün müddətində “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar Azərbaycanın bir sıra rayonlarıdan qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın bir sıra rayonları qazsız qalacaq

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Maksim Tsurkov/

Avqustun 31-dən etibarən, iki gün müddətində "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar Azərbaycanın bir sıra rayonlarıdan qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend bu barədə SOCAR-ın saytında dərc olunan xəbərə istinadən məlumat verir.

Təmir müddətində Gədəbəy rayonunun, Şəmkir rayounun Zəyəm, Çənlibel, Morul, Sarıtəpə, həmçinin Tovuz rayonunun Alakol, Qovlar, Dondarquşçu kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti