...

SOCAR Novorossiykdən neft ixracını xeyli artırıb

Energetika Materials 1 Oktyabr 2015 20:38 (UTC +04:00)
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin sentyabr ayında 56 484 ton dizel yanacağı, 18 727 ton təyyarə yanacağı ixrac edib.
SOCAR Novorossiykdən neft ixracını xeyli artırıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin sentyabr ayında 56 484 ton dizel yanacağı, 18 727 ton təyyarə yanacağı ixrac edib.

Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 707 282 ton dizel yanacağı, 178 194 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.

2015-ci ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 502,77 dollar, təyyarə yanacağının - 466,90 dollar, dizel yanacağının - 449,25 dollar, 1% kükürdlü mazutun qiyməti isə 220,76 dollar təşkil edib.

Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 47,61 dollara, Urals nefti - 47,19 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,04 dollara satılıb.

SOCAR 2015-ci ilin sentyabr ayında Novorossiysk limanından 169 775 ton (ötən ilin analoji dövründə 84,796 min ton), Supsa limanından 169 479 ton (253,83 min ton), Ceyhan limanından 1 836 547 ton (1,73 milyon ton) xam neft ixrac edib.

Ümumilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 100 446 ton (ötən ilin analoji dövrü ilə müqayisədə 44,3 faiz çox), Supsa limanından 2 033 539 ton (10,9 faiz az), Ceyhan limanından isə 13 108 589 ton (16,2 faiz az) xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti