Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
SOCAR Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) yaradılması layihəsinin investorlarını 2016-cı ilin I yarısında müəyyənləşdirəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayev bildirib ki, hazırda kompeksin ilkin layihələndirilməsi üzrə işlər aparılır: "Həmçinin, FEED mərhələsi yekunlaşır. Biz Yaponiya şirkətləri, hökuməti və "Eksimbanklar"ı ilə danışıqlar aparırıq. Bu layihəni Yaponiya şirkətlərilə reallaşdırmaq istəyirik və ən yaxşı təklif irəli sürənlər seçiləcək".