...

Misir SOCAR-ı dəvət edir

Energetika Materials 9 Noyabr 2015 17:59 (UTC +04:00)
Misir Ərəb Respublikasında səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Qahirədə ölkənin Baş naziri İsmayıl Şərif ilə görüş keçirib.
Misir SOCAR-ı dəvət edir

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Misir Ərəb Respublikasında səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Qahirədə ölkənin Baş naziri İsmayıl Şərif ilə görüş keçirib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, görüşdə Misirin EGPC (Egyptian General Petroleum Corporation) şirkətinin rəhbəri Mohammad əl-Masri və Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev iştirak ediblər.

R.Abdullayev SOCAR-ın Misirə xam neft təchizatı və EGPC şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib. SOCAR prezidenti Misirdə əməkdaşlıq imkanları olduğu təqdirdə, bu ölkədəki layihələrdə iştirak etməyə maraq göstərildiyini də ifadə edib.

Misirin Baş naziri İ.Şərif SOCAR-ın Misirdəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, SOCAR ilə EGPC arasındakı əməkdaşlıq əlaqələrinin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləyib.

Misirin neft-qaz sənayesində investisiya imkanlarının geniş olduğunu qeyd edən diplomat SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət edib və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti