...

BP "Çıraq" platformasında hasilatı bərpa edib

Energetika Materials 11 Dekabr 2015 12:04 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasında hasilatı bərpa edib.

Bunu Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Platformanın işi noyabrın 10-da dayandırılmışdı.

Onun sözlərinə görə, proqramla nəzərdə tutulmuş profilaktik işlər başa çatdıqdan sonra dekabrın 10-dan platformada neft hasilatı bərpa edilib: "Bütün texniki işlər təhlükəsizlik qaydalarına əməl edilməklə uğurla keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti