...

Növbə bu yaşayış məntəqələrinə çatdı

Energetika Materials 12 Yanvar 2016 18:10 (UTC +04:00)
Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Növbə bu yaşayış məntəqələrinə çatdı

Bakı. Trend:

Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yanvarın 13-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Qaracalar", "Otuzikilər", "İmişli", "İmişli şəkər" və ''Əlillər'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Gəncə Körpü Tikinti-2" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göygöl rayonunun Balçılı və Qırxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti