...

SOCAR neft ixracını azaldıb

Energetika Materials 1 Fevral 2016 18:41 (UTC +04:00)
SOCAR 2016-cı ilin yanvar ayında Novorossiysk limanından 258 ton (2015-ci ilin analoji dövründə 169,51 min ton), Supsa limanından 254 048 ton (254,11 min ton), Ceyhan limanından isə 1 510 913 ton (1,7 milyon ton) xam neft ixrac edib.
SOCAR neft ixracını azaldıb

Bakı. Trend:

SOCAR 2016-cı ilin yanvar ayında Novorossiysk limanından 258 ton (2015-ci ilin analoji dövründə 169,51 min ton), Supsa limanından 254 048 ton (254,11 min ton), Ceyhan limanından isə 1 510 913 ton (1,7 milyon ton) xam neft ixrac edib.

Trend şirkətin saytına istinadən məlumat verir ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 30,70 dollara, Urals nefti - 29,58 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 32,33 dollara satılıb.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin yanvar ayında 73 823 ton dizel yanacağı, 41 734 ton təyyarə yanacağı, 7078 ton yüksək təzyiqli polietilen, 809 ton mütləqləşdirilmiş izopropil spirti, 2 526 ton maye piroliz qatranı, 3097 ton propilen, 60 ton mütləqləşdirilmiş diizopropil efiri və 2400 ton butilen butadien fraksiyası ixrac edib.

2016-cı ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 400,35 dollar, təyyarə yanacağının - 293,48 dollar, dizel yanacağının - 272,48 dollar, 1% kükürdlü mazutun qiyməti isə 130,85 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti