...

Hindistan Azərbaycanın iri neft layihəsinə investisiyaları ikiqat artıra bilər

Energetika Materials 12 Fevral 2016 17:08
Hindistan Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinə qoyulmuş investisiyaların həcmini ikiqat artırmağa hazırdır.
Hindistan Azərbaycanın iri neft layihəsinə investisiyaları ikiqat artıra bilər

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Hindistan Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinə qoyulmuş investisiyaların həcmini ikiqat artırmağa hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Onun sözlərinə görə, Hindistanın neft şirkətləri Xəzərdə neft yataqlarının işlənməsinə və Bakı-Tbilisi-Ceyhan boru kəmərinə maraq göstərirlər.

Diplomat əlavə edib ki, hazırda AÇG-də Hindistan investisiyalarının həcmi 1 milyard dollar təşkil edir: "Biz bu yatağa eyni həcmdə sərmayə qoya bilərik".

Səfir qeyd edib ki, əməkdaşlığın inkişafı üçün daha bir prioritet istiqamət qaz sahəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti