...

Azərbaycan Enerji Arxitekturası Göstəriciləri İndeksində mövqeyini yaxşılaşdırıb

Energetika Materials 5 Mart 2016 08:49 (UTC +04:00)
Azərbaycan mövqeyini yaxşılaşdıraraq Dünya İqtisadi Forumunun dərc etdiyi Enerji Arxitekturası Göstəriciləri İndeksində (The Global Energy Architecture Performance Index Report 2016 - EAPI) 126 ölkə arasında 32-ci pillədə qərarlaşıb.
Azərbaycan Enerji Arxitekturası Göstəriciləri İndeksində mövqeyini yaxşılaşdırıb

Bakı. Trend:

Azərbaycan mövqeyini yaxşılaşdıraraq Dünya İqtisadi Forumunun dərc etdiyi Enerji Arxitekturası Göstəriciləri İndeksində (The Global Energy Architecture Performance Index Report 2016 - EAPI) 126 ölkə arasında 32-ci pillədə qərarlaşıb.

Trend-in məlumatında görə, dördüncü dəfə dərc olunan İndeksdə birinci yeri İsveçrə, ikinci yeri Norveç tutub, üçüncü yerdə isə İsveç qərarlaşıb. İlk onluğa həmçinin Fransa, Danimarka, Avstriya, İspaniya, Kolumbiya, Uruqvay və Yeni Zelandiya daxil olub.

Qonşu ölkələrin göstəriciləri: Rusiya 16 pillə geriləyərək 52-ci yerdə qərarlaşıb, Ermənistan 50-ci yerdən 56-ya geriləyib, Gürcüstan isə 2 pillə irəliləyib - 46-ci yer.

Qeyd edək ki, ötən il Azərbaycan 33-cü yerdə qərarlaşmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti