...

Gürcüstan XİN: "Qazprom"dan əlavə qaz almağa ehtiyac yoxdur

Energetika Materials 8 Mart 2016 16:08 (UTC +04:00)

Bakı. Trend:

SOCAR ilə əldə olunmuş razılaşmadan sonra "Qazprom"dan əlavə qaz almağa ehtiyac qalmayıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin SOCAR-la danışıqların yekunu üzrə bəyanatında deyilir.

Nazir qeyd edib ki, Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar Gürcüstana məxsus infrastruktur vasitəsilə Rusiyadan Ermənistana təbii qaz nəqli şərtləri ilə bağlı aparılıb: "Bu qəbildən olan danışıqlar 2014-cü ildən etibarən hər il keçirilir. Eyni zamanda danışıqlara kəsiri qarşılamaq üçün əlavə təbii qaz həcmlərinin tədarükü imkanını daxil idi. SOCAR ilə imzalanmış saziş nəticəsində "Qazprom"dan əlavə qaz alışına ehtiyac qalmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti