...

SOCAR fevral ayı üzrə ödənişlərin həcmini açıqladı

Energetika Materials 15 Mart 2016 13:05 (UTC +04:00)
SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib.
SOCAR fevral ayı üzrə ödənişlərin həcmini açıqladı

Bakı. Trend:

SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215 milyon 882 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 922 min manat vəsait köçürüb. 2016-cı ilin yanvar-fevral aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 21 milyon 50 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti