...

AYİB TAP-ın maliyyələşdirilməsində iştiraka hazırdır

Energetika Materials 13 May 2016 12:02
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transadriatik boru kəməri (TAP) layihəsinin 1,5 milyard avro məbləğində sindikatlaşdırılmış maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir.
AYİB TAP-ın maliyyələşdirilməsində iştiraka hazırdır

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transadriatik boru kəməri (TAP) layihəsinin 1,5 milyard avro məbləğində sindikatlaşdırılmış maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu AYİB-in enerji üzrə icraçı direktoru Rikardo Puliti "Reuters"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, AYİB layihənin reallaşdırılmasına 500 milyon avro həcmində kredit ayırmağa və digər banklarla bir milyard avro həcmində sindikatlaşdırılmış kreditin təşkili imkanını nəzərdən keçirməyə hazırdır.

R.Puliti bildirib ki, bu kredit AYİB-in fəaliyyəti tarixində ən iri kredit ola bilər: "TAP layihəsi təqribən 6 milyard avro həcmində qiymətləndirilir. Fikrimcə, Avropa İnvestisiya Bankının, layihənin səhmdarlarının və ixrac-kredit agentliklərinin iştirakı ilə TAP tam maliyyələşdiriləcək".

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti