...

SOCAR Gürcüstana və İrana qaz ixracının həcmini açıqlayıb

Energetika Materials 2 Noyabr 2016 17:29 (UTC +04:00)
2016-cı ilin ilk doqquz ayı ərzində 715,9 milyon kubmetr qaz ixrac edilib.
SOCAR Gürcüstana və İrana qaz ixracının həcmini açıqlayıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yanvar-sentyabr aylarında Gürcüstana 715,9 milyon kubmetr qaz ixrac edib. Trend-in məlumatına görə, bu açıqlamanı Natural Gas World jurnalına müsahibəsində SOCAR-ın neft-qaz daşınması və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov verib.

R.Qurbanov həmin müddət ərzində İrana da ixrac edilən qazın həcmini açıqlayıb. Onun sözlərinə görə, bu ilin ilk doqquz ayı ərzində 167,3 milyon kubmetr mavi yanacaq ixrac edilib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycandan Gürcüstana 1,36 milyard, İrana 287 milyon kubmetr qaz ixrac olunmuşdu.

Azərbaycan qazı İrana Naxçıvan Muxtar Respublikasının qaz tələbatının ödənilməsi üçün ixrac edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti