Bakı. Trend:
Magistral qaz kəmərində baş vermiş qəza texnogen xarakter daşıyır.
SOCAR-dan Trend-ə verilən məlumata görə, dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır.
Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2) (FOTO)
Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcəkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin