...

Azərbaycan neftinin SON QİYMƏTİ - Dəyişib

Energetika Materials 16 May 2017 22:07 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 53,11 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - Dəyişib

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 53,11 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,49 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 52,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 49,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 15-də 51,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,92 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti