...

Nərimanov adına NQÇİ-nin istismar obyektlərində infrastruktur təkmilləşdirilir

Energetika Materials 4 Oktyabr 2017 19:55 (UTC +04:00)
“Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunub.
Nərimanov adına NQÇİ-nin istismar obyektlərində infrastruktur təkmilləşdirilir

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunub.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 279A saylı estakadayanı meydançada 98 möhkəmləndirici svay vurulub, 11 metal lövhə, 237 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 2 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri görülüb. Ümumiyyətlə, estakadayanı meydançanın 2080 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.

Görülən tədbirlər başa çatdırıldıqdan sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançaların tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və obyektlər istismara qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti