...

"Şahdəniz-2" lahiyəsi çərçivəsində ilk qazın əldə ediləcəyi vaxt məlum oldu

Energetika Materials 30 Oktyabr 2017 07:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində ilk qazın 2018-ci ilin üçüncü rübündə əldə edilməsi planlaşdırılır.

Bu haqda Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda birinci mərhələ çərçivəsində "Alfa" platformasında 10 quyu qazılıb istismar edilir.

Platformada ümumilikdə 12 quyunun qazılması planlaşdırılıb, yəni daha 2 quyu qazılacaq. "Alfa" platformasının imkanları gündəlik 30 milyon kubmetr qaz və 45-50 min barrel kondensat çıxarmağı mümkün edir.

Mənbə qeyd edib ki, "Şahdəniz-2" çərçivəsində 5 qazma mərkəzlərində ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur.

Mənbə deyib: "Qeyd olunur ki, hər quyunun dərinliyi 6500 metrdən çox, dənizin dərinliyi isə 400 metrdən çoxdur. Belə quyuların hər birinin qazılma müddəti təxminən 300 gün təşkil edir. Amma biz bu müddəti 132 günə kimi azaltmağa nail olduq".

O əlavə edib ki, "Şahdəniz-2" çərçivəsində ilk qazın 2018-ci ilin üçüncü rübündə əldə edilməsi nəzərdə tutulur.

Qazma işlərinin 2026-ci ilə qədər davam edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti