...

Azərbaycanda hasil olunan neftin həcmi yaxın günlərdə iki milyard tona çatacaq

Energetika Materials 1 Noyabr 2017 11:39 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanda hasil olunan neftin həcmi iki milyard tona çatacaq.
Azərbaycanda hasil olunan neftin həcmi yaxın günlərdə iki milyard tona çatacaq

Bakı. Maksim Tsurkov - Trend:

Yaxın günlərdə Azərbaycanda hasil olunan neftin həcmi iki milyard tona çatacaq.

Trend-in məlumatına görə, bunu Bakıda illik Xəzər texniki sərgi və konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov deyib.

Onun sözlərinə görə, müstəqillik dövründə Azərbaycanda artıq 700 milyon neft hasil olunub:

“Hasil olunan neftin qeydiyyatı başladığı 1871-ci ildən Azərbaycanda iki milyarda tona yaxın neft hasil olunub. İki milyardıncı ton yaxın günlərdə hasil olunacaq. Müstəqillik dövründə hasil olunan neftin 460 milyon tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından, qalan 240 milyon tonu isə SOCAR tərəfindən müstəqil şəkildə hasil olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti