...

Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə yeni saziş çərçivəsində ilk bonus ödənilib

Energetika Materials 30 Yanvar 2018 15:57 (UTC +04:00)
450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.
Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə yeni saziş çərçivəsində ilk bonus ödənilib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib.

Bu barədə Trend-ə ARDNF-dən məlumat verilib.

Fonda "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.

Bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. dollar həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları Azərbaycan (“ACG”) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS. və Türkiye Petrolleri A.O. şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti