...

“Qarabağ” neft-qaz yatağında qazma işlərinin başlanacağı tarix açıqlandı

Energetika Materials 2 Mart 2018 11:36 (UTC +04:00)
2018-ci ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” neft-qaz yatağının KPS-4 qiymətləndirmə buruğunda qazma işlərinə başlayacaq
“Qarabağ” neft-qaz yatağında qazma işlərinin başlanacağı tarix açıqlandı

Bakı. İlkin Şəfiyev - Trend:

2018-ci ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” neft-qaz yatağının KPS-4 qiymətləndirmə buruğunda qazma işlərinə başlayacaq.

Trend-in məlumatına görə, bunu layihənin rəhbəri Nüsrət Əliyev deyib.

O qeyd edib ki, bu ayın sonunadək yataqda ilkin layihələndirmə üzrə işlər başa çatacaq.

N.Əliyevin sözlərinə görə, qazma işləri 2017-ci ilin dekabrında SOCAR-la “Statoil” arasında imzalanmış müqaviləyə əsasən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti