Bakı. Trend:
Londondakı ICE birjasında 2018-ci ilin dekabr ayında çatdırılması nəzərdə tutulan "Brent" markalı neftin qiyməti 2,6 faiz artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti saat 22:29 (GMT+4) üçün 85,02 dollar təşkil edib.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 3-ü 85 dollardan yuxarı olub.