Bakı. Trend:
OPEK neft hasilatının azaldılması ilə bağlı ümumi qərar qəbul edə bilməyib, müzakirəni davam etdirir.
Trend-in məlumatına görə, bu barədə OPEK-in dekabrın 6-sı keçirilən iclasının yekunları üzrə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib.
X. əl-Falih deyib: "Biz hələ müzakirə edirik".
Qeyd edək ki, dekabrın 6-sı Avstriyanın paytaxtı Vyanada OPEK iştirakçılarının konfransı keçirilib. İclas təxminən 5 saat davam edib.