Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 23:34-də yayılıb)
Bakı. Trend:
Londondakı ICE birjasında 2019-cu ilin mart ayında çatdırılması nəzərdə tutulan "Brent" markalı neftin qiyməti 9,38 faiz artıb.
Trend-in məlumatına görə, "Brent" markalı neftin qiyməti 55,53 dollar təşkil edib.
2019-cu ilin fevral ayında çatdırılması nəzərdə tutulan "WTI" markalı neftin qiyməti 10,39% artaraq 46,95 dollar təşkil edib.
XXX
23:34
Brent markalı neftin qiyməti 5 faizdən artıq bahalaşıb.
Trend-in məlumatına görə, ötən satış sessiyasında güclü ucuzlaşmadan sonra bahalaşan Brent markalı neftin qiyməti 5,06 faiz artıb və bir barrelinin qiyməti 53,34 dollar təşkil edib.
"WTI" markalı neftin qiyməti isə 6,28 faiz artıb və bir barrelinin qiyməti 45,2 dollara çatıb.