...

Azərbaycan və İndoneziya əməkdaşlığı barədə ÖZƏL

Energetika Materials 11 Aprel 2019 21:35 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İndoneziyanın “Pertamina” şirkəti əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır
Azərbaycan və İndoneziya əməkdaşlığı barədə ÖZƏL

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İndoneziyanın "Pertamina" şirkəti əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Bunu Trend-ə SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

O bildirib ki, hazırda şirkətin böyük nümayəndə heyəti Bakıda səfərdədir.

Vitse-prezidentin sözlərinə görə, danışıqlar zamanı tərəflər treydinq, "upstream" və investisiya layihələrinin reallaşdırılması sahələrində əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Qeyd edək ki, "Pertamina" şirkəti İndoneziyada "Chevron"dan sonra ikinci ən iri neft istehsalçısıdır. Şirkət 1968-ci ildə "Pertamin" və "Permina" şirkətlərinin birləşməsindən yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti