...

Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər

Energetika Materials 24 May 2019 15:13 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi”nin ixrac gücü Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər
Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi”nin ixrac gücü Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Manişa Sinq deyib.

O bildirib ki, təbii ehtiyatların nəqli sahəsində uğurlu nümunə kimi Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini göstərmək olar:

“Bir sıra ölkələr bu vacib enerji layihəsinin inkişafında vacib rol oynayıb. Hazırda qaz “Cənub Qaz Dəhlizi” vasitəsilə Türkiyəyə daxil olur və biz səbrsizliklə Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatmağını gözləyirik”.

M.Sinqh əlavə edib ki, ABŞ resurslara etibarlı çıxış yaradan bütün enerji layihələrini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti