...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 2 Dekabr 2019 23:40 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,21 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,03 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti