Bakı. Trend:
OPEK ölkələri nazirlər səviyyəsində keçirilən iclasda neft hasilatının azaldılması üzrə sazişin taleyi ilə bağlı razılığa gəliblər, lakin danışıqların dekabrın 6-sı davam etdirilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri şəhzadə Əbdül Əziz bin Salman Vyanada keçirilən görüşün yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib: "Biz bütün OPEK iştirakçıları ilə razılaşdıq. OPEK üzvləri arasında həmişə razılaşma var".
Eyni zamanda Əbdül Əziz bin Salman qeyd edib ki, OPEK nazirləri ilə əldə edilən razılaşma OPEK+ formatının nazirlər görüşündə müzakirə ediləcək.