...

Azərbaycanda kimyəvi məhsulların istehsalı artıb

Energetika Materials 15 Dekabr 2019 22:15 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR karbamid zavodunun və SOCAR Polymer zavodunun açılışı Azərbaycanda kimyəvi məhsulların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib
Azərbaycanda kimyəvi məhsulların istehsalı artıb

Bakı. Nərgiz İsmayılova - Trend:

2019-cu ilin əvvəlində Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR karbamid zavodunun və SOCAR Polymer zavodunun açılışı Azərbaycanda kimyəvi məhsulların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

Trend-ə SOCAR-dan verilən məlumata görə, bu addımlar ixracın 3,6 qat artımını təmin edib. 2020-ci ildə bu tendensiyanın daha da güclənməsi proqnozlaşdırılır.

Bundan əlavə, gələn il Sumqayıt Kimya Sənaye Parkının daha 7 yeni müəssisəsinin istismara verilməsi planlaşdırılır ki, bu da istehsalın və ixracın artım göstəricilərinə təsir edəcək.

Qeyd edək ki, 2019-cu ildə Sumqayıt Sənaye Parkının inkişafına 600 milyon manat investisiya qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti