...

Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib

Energetika Materials 28 Fevral 2020 15:58 (UTC +04:00)
Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib
Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib

Bakı. Trend:

ABŞ-ın enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili fevralın 26-28-da Prezident İlham Əliyev və Energetika naziri Pərviz Şahbazov da daxil olmaqla digər Azərbaycan rəsmiləri ilə görüşmək və Cənub Qaz Dəhlizinin Məşvərət Surası çərçivəsində Nazirlərin Görüşündə iştirak etmək üçün Bakıya səfər edib.

Trend-in məlumatına görə, Dövlət Katibinin köməkçisinin müavini Donili Birləşmiş Ştatların Cənub Qaz Dəhlizinə verdiyi dəstəyi yenidən vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsini “məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqi” olmasını deyib. “Bizim buraya toplaşmağımızın səbəbi sözügedən birqə məqsədə sadiq olmağımızın, layihənin uğurla başa çatdırılmasına və birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsi” olmasını deyib.

Dövlət Katibinin köməkçisinin müavini Donili, həmçinin Birləşmiş Ştatların layihəyə qatılan bütün tərəfdaşlarla birgə işləyərək qaz dəhlizinin davamlı uğurunu təmin etmək isləyini bildirib. Donili “Cənub Qaz Dəhlizi borusu genişləndirilə bilən bir layihədir və biz ümid edirik ki, digər potensial enerji təzhizatçıları enerji təhlükəsizliyinə təkan verərək bu layihədən bəhrələnə biləcəklər” deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti