...

“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)

Energetika Materials 25 Noyabr 2020 20:53 (UTC +04:00)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Norveçin “Equinor” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) “Qarabağ” yatağının işlənməsi layihəsi üzərində işləyir.

Bu barədə Trend-ə “Equinor” şirkətindən bildiriblər.

Qeyd olunub ki, hazırda layihə ilə bağlı bəzi detallar müzakirə olunur.

“Əşrəfi-Dan ulduzu-Aypara” strukturuna gəldikdə isə şirkətdən bildiriblər ki, COVID-19 infeksiyası ilə əlaqədar “Aypara” strukturunda qazma işlərini təxirə salmaq qərara alınıb:

“Qazma işlərinin başlama müddətindən danışmaq tezdir. 2020-ci ildə bu sahədə fəaliyyət gözlənilmir, yeni müddət isə daha sonra açıqlanacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti