...

Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli azalıb

Energetika Materials 29 Dekabr 2020 20:14 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli azalıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin noyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyəyə 15,593 milyon barel xam neft nəql edilib.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, oktyabr ayında bu göstərici 15,823 milyon barelə bərabər olmuşdu.

Yanvar-noyabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli aprel ayında (20,133 milyon barel), ən az nəql noyabr ayında (15,593 milyon barel) qeydə alınıb.

Türkiyə BTC vasitəsilə sentyabrda 15,617 milyon barel, avqustda 17,575 milyon barel, iyulda 15,874 milyon barel, iyunda 16,333 milyon barel, mayda 16,954 milyon barel, apreldə 20,133 milyon barel, martda 19,609 milyon barel, fevralda 18,162 milyon barel, yanvarda 19,885 milyon barel neft idxal edib.

2020-ci il yanvar-noyabr aylarında BTC vasitəsilə Türkiyəyə 191,558 milyon barel xam neft nəql edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti