...

Yunanıstanın energetika naziri "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək

Energetika Materials 10 Fevral 2021 17:05 (UTC +04:00)
Yunanıstanın energetika naziri "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclasında iştirak edəcək.

Bu barədə Trend-ə Nazirlikdən bildiriblər.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 1-ci iclası 2015-ci il fevralın 12-də, 2-ci iclası 2016-cı il fevralın 29-da, 3-cü iclası 2017-ci il fevralın 23-də, 4-cü iclası 2018-ci il fevralın 15-də, 5-ci iclası 2019-cu il fevralın 20-də, 6-cı iclası 2020-ci il fevralın 28-də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti