...

Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib

Energetika Materials 26 Fevral 2021 17:43 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.

Trend bu barədə Qazazıstanın "Samruk-Kazına" şirkətinin İctimaiyyətlə əlaqələr departamentinə istinadən məlumat verir.

Məlumata əsasən, qazma işləri Xəzər dənizinin SOCAR və BP-nin birgə kəşfiyyat işləri apardığı sahəsində yerinə yetiriləcək.

Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

"Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti