...

Finlandiya Rusiya neftinin alışını tədricən azaldır

Energetika Materials 18 May 2021 07:13 (UTC +04:00)
Finlandiya Rusiya neftinin alışını tədricən azaldır

Bakı. Trend:

Finlandiya "yaşıl" enerjiyə keçmək planları ilə əlaqədar Rusiyanın "Urals" markalı neftinin alış həcmini tədricən azaldır.

Trend TASS-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvarından martınadək olan dövrdə Rusiyanın "Urals" neftinin Finlandiyaya idxalatı dörddəbir azalaraq 2,1 milyon tona, aprel ayında isə 0,4 milyon tona düşüb. Ötən ilin aprel ayında eyni göstərici 1,1 milyon təşkil edib.

Bildirilir ki, Finlandiya Rusiya neftinin alışını 2020-ci ildən azaltmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti