...

TAP konsorsiumu TAP AG şimali Yunanıstanda 60-dan çox layihə reallaşdırır

Energetika Materials 14 İyun 2021 17:03 (UTC +04:00)
TAP konsorsiumu TAP AG şimali Yunanıstanda 60-dan çox layihə reallaşdırır

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Adriatik boru kəməri konsorsiumu (TAP AG) şimali Yunanıstanda 61 layihə həyata keçirir.

Trend-in məlumatına görə, bunu TAP-ın Yunanıstanda sosial və ekoloji investisiyalar üzrə meneceri Vasiliki Sotiropulu deyib.

O bildirib ki, TAP 2015-ci ildən etibarən şimali Yunanıstan ərazisində ümumilikdə 19 milyon avro məbləğində 137 layihə reallaşdırıb, daha 61 layihə isə icra olunmaqdadır: "Layihələr genişspektrli təşəbbüsləri, o cümlədən Milli təcili yardım mərkəzinə 32 tibbi yardım maşını və digər tibb avadanlıqlarının verilməsi, ictimai obyektlərin modernləşdirilməsi və vacib infrastrukturunun tikintisinin dəstəklənməsini əhatə edir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti