...

"TotalEnergies" İraqın energetikasına 27 milyard dollar investisiya yatıracaq

Energetika Materials 5 Sentyabr 2021 22:15 (UTC +04:00)
"TotalEnergies" İraqın energetikasına 27 milyard dollar investisiya yatıracaq

Bakı. Trend:

Fransanın "TotalEnergies" korporasiyası və İraq hakimiyyəti neft və qaz hasilatına, həmçinin İraqda günəş enerjisinin inkişafına 27 milyard dollar investisiyanın yatırılması barədə müqavilə imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə İraqın neft naziri İhsan Abdel Caberə istinadən "Agence France-Presse" agentliyi xəbər yayıb.

Nazir bildirib: "Bu, bir Qərb şirkətinin İraqa ən böyük investisiyasıdır".

"TotalEnergies" korporasiyası müqaviləni şərh etməkdən imtina edib.

Agentliyin mənbəsinin sözlərinə görə, "TotalEnergies" korporasiyası ilə imzalanan müqavilə 4 layihəni - dəniz sularının neft yataqlarına çatdırılması, ölkənin cənubunda günəş panellərinin quraşdırılması, həmçinin qaz hasilatı və istismarı üzrə layihələri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti