...

Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə min dolları keçib

Energetika Materials 28 Sentyabr 2021 12:54 (UTC +04:00)
Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə min dolları keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiymətləri tarixdə ilk dəfə min kubmetr üçün min dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetri 1 031 dollara çatıb.

Qazın qiyməti ötən sutka ilə müqayisədə 11 faiz artıb. Ötən gün təbii qaz birjalarda 930 dollar ətrafında alınıb-satılırdı.

Qeyd edək ki, bir müddət əvvəl Avropa birjalarında qazın qiyməti 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti