...

Azad edilmiş ərazilərdəki yeni işıq xətləri ilə hektarlarla torpaq sahəsinə qənaət ediləcək - "Azərişıq"

Energetika Materials 28 Sentyabr 2021 13:31 (UTC +04:00)
Azad edilmiş ərazilərdəki yeni işıq xətləri ilə hektarlarla torpaq sahəsinə qənaət ediləcək - "Azərişıq"

Şamaxı. Humay Ağacanova - Trend:

"Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə 35kVt-luq izolyasiyalı və mühafizə olunan xəttlər çəkməklə 1 000 hektarlarla torpaq sahəsinə qənaət edəcək.

Trend-in məlumatına görə, bunu bu gün Şamaxıdakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinq çərçivəsində jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.

V.Mustafayev qeyd edib ki, həmin xəttlərin mühafizə zonası demək olar ki, yoxdur: "Əgər əvvəlki dövlərdə çəkilən xətlərin mühafizə zonası minimun 30 metr idisə, yeni izolyasiyalı xətlərlə bu sıfır metrə enib. Beləliklə də böyük bir əraziyə qənaət olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti