...

Azərbaycan qazının Avropa üçün əhəmiyyəti artmaqdadır - Deputat

Energetika Materials 15 Oktyabr 2021 10:03 (UTC +04:00)
Azərbaycan qazının Avropa üçün əhəmiyyəti artmaqdadır - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Avropanın təbii qazla təminatında iştiraka başlayıb. Bu gün qazın qiymətinin dünya bazarlarında artdığı bir zamanda Azərbaycan qazının Avropa üçün əhəmiyyəti də artmaqdadır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dekabrda istismara verilən TAP layihəsi Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasına imkan yaradıb:

“Bu, həm də Prezident İlham Əliyevin uzaq görən siyasətinin bəhrəsidir. Avropada Azərbaycan qazının ilk istehlakçısı da İtaliyadır. Azərbaycanın Xəzər dənizində yeni qaz yataqlarını tədqiq etməsi gələcəkdə Avropaya daha çox həcmdə və uzun müddətli qaz təminatını həyata keçirəcəyi deməkdir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı, həm də etibarlı tərəfdaşdır".

A.Badamov qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır:

"Çünki ölkəmiz müstəqil siyasət yürüdür, heç kimdən asılı deyil, dünya üçün maraqlı layihələrin icraçısıdır və münasibətlərdə şəffafdır. Belə olan halda Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti