...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 20 Noyabr 2021 09:49 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 80,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,23 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 79,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 79,7 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,45 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti