...

Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi açıqlanıb

Energetika Materials 2 Dekabr 2021 14:40 (UTC +04:00)
Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin yanvar-noyabr aylarında Bakı-Novorossiysk boru kəməri ilə 1,009 milyon ton Azərbaycan neftinin nəql olunub.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-avqust aylarında bu boru kəməri ilə 669 min ton Azərbaycan nefti nəql edilib.

Qeyd edək ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 330 kilometrdir və bunun 231 kilometri Azərbaycan ərazisindən keçir.

Bu boru kəməri ilə nəql edilən neft "Urals" markası ilə satılır.

Xatırladaq ki, SOCAR və "Transneft" şirkətləri 2021-ci ildə bir milyon ton neftin Bakı-Novorossiysk boru kəməri ilə nəqli barədə müqavilə imzalayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti