...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 3 Dekabr 2021 10:43 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşır

Bakı. Nəzrin İsrafilova - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 2-də 71,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,24 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,71 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,24 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti