Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyaya bugüənədək qoyduğu investisiyaların həcmi 64 milyon avro təşkil edib.
Trend-in məlumatına görə, bunu "SOCAR Petroleum"un baş direktoru Həmzə Kərimov Rumnıyanın iqtisadiyyat naziri Florin Spataru ilə görüşü zamanı deyib.
O qeyd edib ki, bugünədək SOCAR Rumıniyanın dövlət büdcəsinə 114 milyon avro vəsait köçürüb və əlavə edib ki, SOCAR gələcəkdə Rumıniya bazarında öz fəaliyyətini genişləndirmək niyyətindədir.
Eyni zamanda, "SOCAR Romania" Sibiu şəhərində hava limanının yaxınlığında yeni yanacaqdoldurma məntəqəsi açıb.
Qeyd edək ki, SOCAR 2011-ci ildə Rumıniya bazarında fəaliyyətə başlayıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)