...

Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub (FOTO)

Energetika 25 Yanvar 2022 09:26 (UTC +04:00)
Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan enerji üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri xanım Yasemin Orucun başçılıq etdiyi Dünya Bankı missiyasını qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsinin təqdimatı keçirilib, layihəyə dair müzakirələr aparılıb. Xəzər dənizinin Azərbaycan akvatoriyasında böyük külək enerjisi potensialından istifadəyə dair müxtəlif ssenarilər nəzərdən keçirilib, pilot və kommersiya layihələrinin reallaşdırıla biləcəyi konkret zonalarda inşa edilə biləcək güclərə dair fikir mübadiləsi aparılıb. Hazırlanmaqda olan yol xəritəsinin sahəyə özəl investisiyaların cəlbinə və gələcəkdə enerji ixracının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Elektrik enerjisi sahəsində liberal enerji bazarı üzrə Yol Xəritəsinin də təqdimatının keçirildiyi iclasda bazarın yaradılması mərhələləri, hər bir mərhələdə atılmalı olan addımlar, bu sahədə dünya təcrübəsi, enerji bazarına və elektrik şəbəkəsinə bərpa olunan enerjinin inteqrasiyası məsələləri haqqında məlumat verilib. Hər iki mövzuda iştirakçıların sualları cavablandırılıb.

Nazirlik və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti