Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyanın enerji resurslarının idxalına qadağa qoymaq və bu məsələdə ABŞ rəhbərliyinin addımlarını atmaq niyyətində deyil.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalına müsahibəsi zamanı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Biz Rusiyadan enerji resurslarının idxalına qadağa qoymayacağıq və bu məsələdə (ABŞ prezidenti Cozef - red.) Baydenin atdığı addımları atmayacağıq", - dey\ J.Borrel bildirib.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, hazırda Aİ qaza alternativlərin axtarışı ilə məşğuldur, çünki onun sözlərinə görə, Rusiya artıq etibarlı tərəfdaş deyil.