...

"TotalEnergies" Rusiya neftindən və ölkəyə investisiya yatırmaqdan imtina edir

Energetika Materials 23 Mart 2022 03:42 (UTC +04:00)
"TotalEnergies" Rusiya neftindən və ölkəyə investisiya yatırmaqdan imtina edir

Bakı. Trend:

Rusiyanın yanacaq-energetika kompleksinin ən böyük xarici investorlarından biri olan Fransanın "TotalEnergies" şirkəti Rusiya neft və neft məhsullarını almamaq, həmçinin Arctic LNG 2 layihəsinə investisiyaları dayandırmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

"Ukraynada vəziyyətin pisləşməsini və Avropaya alternativ tədarük mənbələrinin mövcudluğunu nəzərə alaraq, "TotalEnergies" birtərəfli qaydada Rusiya neft və neft məhsullarının alınması üçün müqavilələr bağlamamaq və ya yeniləməmək qərarına gəlib", - bəyanatda qeyd olunur.

Vurğulanır ki, müvafiq qərar mümkün qədər tez, 2022-ci ilin sonundan gec olmayaraq Rusiya neft və neft məhsullarını almağı dayandırmaq məqsədi ilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti