...

Britaniya son 30 ildə ilk dəfə kömür mədəni açmaq niyyətindədir

Energetika Materials 24 Aprel 2022 02:20
Britaniya son 30 ildə ilk dəfə kömür mədəni açmaq niyyətindədir

Trend-i buradan izləyin

Bakı. Trend:

Böyük Britaniya hökuməti son 30 ildə ilk dəfə kömür hasilatı üçün yeni mədən açmaq niyyətindədir.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, hökumətdə olan mənbə Mənzil, Regional İnkişaf və Yerli İdarəetmə naziri Maykl Qouvun İngiltərənin şimal-qərbindəki Kambriya qraflığındakı Uaythaven şəhərində kömür mədəninin yaradılmasının tərəfdarı olduğunu bildirib.

Bələdiyyə orqanları bu obyektin tikintisinə 2020-ci ilin oktyabrında icazə verib. Lakin müxalifət və ətraf mühiti qorunması üzrə fəalların tənqidlərindən sonra İngiltərə hökuməti layihənin məqsədəuyğunluğu ilə bağlı yeni araşdırma başlayıb. Baş nazir Boris Conson keçən ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransında (COP26) bildirmişdir ki, o, yeni mədənlərin tikintisini dəstəkləmir. Qeyd olunur ki, Ukraynada baş verən hadisələr hökumət başçısını öz mövqeyinə yenidən baxmağa vadar edə bilər.

Mənbənin verdiyi məlumata görə, Kambriyada mədənin tikintisi ilə bağlı yekun qərar 7 iyula qədər verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti