...

bp AÇG üzrə xərcləri açıqlayıb

Energetika Materials 5 May 2022 12:19 (UTC +04:00)
bp AÇG üzrə xərcləri açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 133 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 142 milyon və 463 milyon dollar təşkil etmişdi.

Beləliklə, bp-nin AÇG üzrə əməliyyat məsrəfləri 6,3 faiz, əsaslı məsrəflər isə 14,5 faiz azalıb.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti