...

Azərbaycan nefti bahalaşır

Energetika Materials 6 May 2022 10:24 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 5-də 116,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,39 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 115,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,39 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 112,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,39 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti